Kallas Rusiyaya qarşı yeni sanksiyalar istədi
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyaya qarşı sanksiyaların daha da sərtləşdirilməsinə çağırıb.
Crossmedia.az xəbər verir ki, Kallas bu barədə açıqlama verib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynaya hər yeni hücumu Moskvaya qarşı daha sərt sanksiyalarla cavablandırılmalıdır.
Kallas bildirib ki, son hücumlardan sonra Avropa İttifaqı Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli daha beş nəfəri sanksiya siyahısına daxil edib.
15:44 07.08.2026
Oxunuş sayı: 36