Fransanı yenidən 40 dərəcə isti gözləyir
Fransada gələn həftədən etibarən yenidən ekstremal isti hava şəraiti müşahidə olunacaq.
Crossmedia.az xəbər verir ki, "Météo-France" bu barədə məlumat yayıb.
Bildirilib ki, avqustun 11-dən etibarən xüsusilə ölkənin cənub bölgələrində havanın temperaturu ən azı 40 dərəcəyədək yüksələcək.
Proqnozlara görə, isti hava dalğası avqustun 15-dək davam edəcək.
15:39 07.08.2026
Oxunuş sayı: 39