Sanders Mask üçün vergilərin artırılmasını istədi
ABŞ senatoru Berni Sanders milyarder İlon Maskın sosial təminat sisteminə daha çox vergi ödəməli olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Sanders bu barədə açıqlama verib.
Vermont ştatını təmsil edən senator deyib ki, dünyanın ən varlı şəxslərindən biri olan İlon Maskın yanğınsöndürən və ya tibb bacısı ilə eyni həcmdə sosial təminat vergisi ödəməsi düzgün deyil.
Sanders sosial təminat sisteminin gücləndirilməsi üçün yüksək gəlirlilər üzrə vergi limitinin ləğv edilməsinə çağırıb.
15:33 07.08.2026
Oxunuş sayı: 40