İsrail Livanda yeni əraziləri nəzarətə götürdüyünü açıqladı
İsrail ordusu Livanın cənubunda yeni əraziləri nəzarətə götürdüyünü bəyan edib.
Crossmedia.az xəbər verir ki, "The New York Times" bu barədə məlumat yayıb.
Məlumata görə, İsrail bunu "Hizbullah"la toqquşmaların genişlənməsi fonunda həyata keçirib. Bildirilir ki, İranın dəstəklədiyi "Hizbullah" qruplaşması da döyüşlərin ikinci günündə İsrailə pilotsuz uçuş aparatları ilə hücumlar təşkil edib.
15:18 07.08.2026
Oxunuş sayı: 53