Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan hərbi saziş imzaladı
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında kollektiv müdafiəni nəzərdə tutan üçtərəfli müdafiə sazişi imzalanıb.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
Məlumata görə, sənəd avqustun 7-də Ər-Riyadda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif tərəfindən imzalanıb.
Saziş hərbi əməkdaşlığın genişləndirilməsini, kəşfiyyat məlumatlarının mübadiləsini, birgə hərbi təlimləri və regional təhlükəsizlik sahəsində koordinasiyanı nəzərdə tutur. Türk mediasında yayılan məlumata əsasən, sənəddə tərəflərdən birinə silahlı hücumun hər üçünə qarşı hücum kimi qiymətləndirilməsi ilə bağlı müddəa da yer alır.
Bundan başqa, tərəflərin Yaxın Şərqdəki regional böhranların həlli və hərbi-texniki əməkdaşlığın inkişafı istiqamətində birgə fəaliyyət göstərəcəyi bildirilir. Həmçinin Səudiyyə Ərəbistanı və Pakistanın Türkiyənin beşinci nəsil "KAAN" qırıcı təyyarəsi proqramına qoşulmasının da müzakirə olunduğu qeyd edilir.
14:52 07.08.2026
Oxunuş sayı: 55