ABŞ Hörmüz boğazında rüsumların ləğvini istəyir
ABŞ İranla yekun razılaşma əldə olunana qədər Hörmüz boğazında gəmiçilikdən rüsum tutulmamasının tərəfdarıdır.
Crossmedia.az xəbər verir ki, "Associated Press" bu barədə məlumat yayıb.
Agentliyin ABŞ rəsmilərinə istinadən yaydığı məlumata görə, Vaşinqton İran və Oman arasında əldə olunmuş razılaşmanı müvəqqəti hesab edir və Hörmüz boğazında gəmiçiliyin bundan sonra da rüsum və digər ödənişlərdən azad qalmasında israr edir.
11:57 07.08.2026
Oxunuş sayı: 52