Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan müdafiə sazişi imzalayacaq
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan avqustun 7-də birgə müdafiə sazişi imzalayacaq.
Crossmedia.az xəbər verir ki, "Reuters" bu barədə məlumat yayıb.
Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sənədin imzalanması məqsədilə Ər-Riyada səfər edəcək. O, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşəcək.
Tərəflərin regional təhlükəsizlik, dənizdəki təhdidlər və İranla bağlı strategiyanı da müzakirə edəcəyi bildirilir.
10:26 07.08.2026
Oxunuş sayı: 56