İnfantino mübahisəli layihədən imtina etdi
FIFA prezidenti Canni İnfantino kişi və qadınlar arasında keçirilən dünya çempionatlarının kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılması ilə bağlı planını rəsmi olaraq ləğv edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, layihə milli futbol federasiyalarına hərəsinə 40 milyon dollar təklif edilməsinə baxmayaraq, ciddi narazılıqla qarşılanıb. UEFA hətta bu təşəbbüs həyata keçiriləcəyi təqdirdə 2030-cu il dünya çempionatını boykot edə biləcəyini açıqlamış, digər beynəlxalq idman qurumları da tənqidlərə qoşulmuşdu.
Böyük etirazlar və investorların geri çəkilməsi fonunda İnfantino layihənin futbol ictimaiyyətini birləşdirmək əvəzinə fikir ayrılığı yaratdığını etiraf edərək ondan imtina edib. Mütəxəssislər bu hadisənin FIFA prezidenti üçün ciddi reputasiya zərbəsi olduğunu, futbolun isə özəl kapitalın deyil, azarkeşlərin oyunu olaraq qalmalı olduğunu bildirirlər.
08:27 08.08.2026
Oxunuş sayı: 50