Sabah Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı liderlərinin görüşü keçiriləcək
Sabah Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı liderlərinin görüşü baş tutacaq.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, görüşdə regional və beynəlxalq gündəmdə olan məsələlərin, həmçinin üçtərəfli əməkdaşlığın müzakirə olunacağı gözlənilir. Görüşün gündəliyi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
23:16 06.08.2026
Oxunuş sayı: 57