İsraildən Türkiyəyə sərt ittiham: Suriyada hərbi bazalar qurulur
İsrailin diaspor işləri üzrə naziri Amihay Çikli Türkiyənin Suriyadakı hərbi fəaliyyətini artırdığını iddia edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Çiklinin sözlərinə görə, Türkiyə Suriyanın dərinliklərində hərbi bazalar yaradır və Tartus limanında Türkiyəyə məxsus hərbi gəmilər yerləşir.
“Bu gün başa düşməliyik ki, türklər Suriyanın dərinliklərində hərbi bazalar qururlar. Tartus limanında Türkiyənin hərbi gəmiləri var. Palmira yaxınlığında Türkiyə bazaları mövcuddur”, – deyə nazir bildirib.
O, həmçinin Suriyada təhsil proqramlarının türk məktəbləri tərəfindən həyata keçirildiyini iddia edib.
Çikli əlavə edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidanın Suriyadakı addımlarından əlavə, Ankara İsrail-Livan sərhədi boyunca Türkiyə hərbi mövcudluğu yaratmağa çalışır.
23:28 06.08.2026
Oxunuş sayı: 51