İsrail İrana sərt xəbərdarlıq etdi: Razılaşma olsa belə, zərbə endirəcəyik
İsrailin energetika naziri Eli Koen bildirib ki, ABŞ və İran arasında hər hansı razılaşma əldə olunsa belə, Tehran nüvə proqramını bərpa etməyə və ya ballistik raket proqramını inkişaf etdirməyə cəhd edərsə, İsrail buna cavab verəcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Koenin sözlərinə görə, İsrail onun təhlükəsizliyini tam təmin etməyən heç bir razılaşma ilə bağlı özünü məhdudlaşdırılmış hesab etmir.
“ABŞ və İran razılığa gəlsə belə, əgər İran nüvə proqramını yenidən bərpa etmək və ya ballistik raket proqramını irəlilətmək istiqamətində addımlar atarsa, biz zərbə endirəcəyik. İsrailin təhlükəsizliyinə tam zəmanət verməyən heç bir razılaşma ilə bağlı öhdəliyimiz yoxdur”, – deyə Koen bildirib.
23:12 06.08.2026
Oxunuş sayı: 56