Rusiya MN: Bir gündə 281 Ukrayna PUA-sı məhv edilib
Rusiya hava hücumundan müdafiə qüvvələri son sutka ərzində Ukraynaya məxsus 281 pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, PUA-lar Rusiya ərazisindəki bölgələr və Qara dənizin akvatoriyası üzərində vurulub.
Nazirliyin açıqlamasında hadisələrin baş verdiyi konkret rayonlar və məhv edilən PUA-ların detalları barədə əlavə məlumat verilməyib.
22:24 06.08.2026
Oxunuş sayı: 53