İrəvan-Moskva arasında gərginlik artıb: Rusiya açıqlama verib
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Moskva hələlik İrəvandan Cənubi Qafqaz Dəmir Yolu şirkəti ilə bağlı konsessiya müqaviləsinə xitam verilməsi barədə rəsmi müraciət almayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, bu məsələ mütəmadi olaraq ictimai müzakirələrdə gündəmə gətirilir.
Overçuk qeyd edib ki, bəzi ayrı-ayrı dəmir yolu sahələri ilə bağlı təkliflər səsləndirilir, lakin həmin hissələr Ermənistanın vahid dəmir yolu sisteminin ayrılmaz tərkib hissəsidir.
Xatırladaq ki, daha əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin dəmir yollarının idarə olunması ilə bağlı fikir ayrılıqlarının arbitraj məhkəməsinə çıxarıla biləcəyini bildirmişdi.
20:48 06.08.2026
Oxunuş sayı: 57