Polşadan ukraynalı kişilər qovulur?
Polşada hərbi xidmət yaşında olan və rəsmi işi olmayan ukraynalı kişilərin ölkədən çıxarılması təklif olunub.
Crossmedia.az ˝Unian˝-a istinadən xəbər verir ki, bu təşəbbüslə müxalifətdə olan Hüquq və Ədalət Partiyası (PiS) çıxış edib.
Partiya təklif edir ki, Polşada yaşayan, lakin rəsmi şəkildə işləməyən ukraynalı kişilərin deportasiya prosedurunu sürətləndirmək üçün xüsusi mərkəzlər yaradılsın.
İdeyanın müəlliflərindən biri Tobiash Boxenski bildirib ki, bu şəxslər öz vətənləri üçün döyüşə bilərlər.
20:24 06.08.2026
Oxunuş sayı: 48