HƏMAS-dan ABŞ-yə çağırış: İsrail razılaşmanı pozur
HƏMAS ABŞ və danışıqlarda iştirak edən vasitəçiləri İsrailin Qəzza ilə bağlı əldə olunmuş razılaşmanı sabotaj etməsinin qarşısını almağa çağırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝Al Jazeera˝ məlumat yayıb.
HƏMAS bəyan edib ki, razılaşmanın həyata keçirilməsi üçün tərəflər üzərinə götürdükləri öhdəliklərə əməl etməlidir.
Qrup ABŞ və vasitəçilərdən prosesə müdaxilə edərək mümkün maneələrin aradan qaldırılmasını tələb edib.
20:16 06.08.2026
Oxunuş sayı: 56