Yaxın Şərqdə yeni mərhələ: İsrail və Livan BMT-yə müraciət edəcək
Livan və İsrail BMT sülhməramlı qüvvələrinin ölkədən çıxarılmasından sonra yeni qətnamə qəbul edilməsi üçün müraciət etməyə razılaşıblar.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝Al Hadath˝ telekanalı məlumat yayıb.
Bildirilib ki, qətnamə Livanın cənubunda təhlükəsizliyin təmin olunması üçün hüquqi baza rolunu oynayacaq.
Qeyd olunur ki, bu addım Livandakı BMT Müvəqqəti Qüvvələrinin mandatının başa çatmasından sonra atılacaq.
20:08 06.08.2026
Oxunuş sayı: 53