Almazın qiyməti tarixdə görünməmiş həddə düşdü – bazarda şok eniş
Dünya almaz bazarında qiymətlərin kəskin enməsindən sonra sabitləşmə gözlənilir.
Crossmedia.az ˝TASS˝ agentliyinə istinadən xəbər verir ki, bu barədə Arxangelsk vilayətinin qubernatoru Aleksandr Sıbulskinin bildirib.
Onun sözlərinə görə, almazın bir karatının qiyməti tarixi minimuma enərək 120-130 dollara qədər düşüb.
Qubernator qeyd edib ki, hasilat şirkətləri bazarda vəziyyətin tədricən stabilləşəcəyinə ümid edirlər.
19:24 06.08.2026
Oxunuş sayı: 52