Zelenski: Ukrayna öz ballistik raketlərini yarada biləcək
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin öz ballistik raketlərini hazırlamaq imkanına malik olduğunu bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Zelenskinin sözlərinə görə, Ukrayna 2026-2027-ci illərə qədər bu sahədə lazımi nəticələrə nail olmağı gözləyir.
“Biz hesab edirik ki, 2026-2027-ci illərdə Ukrayna tələb olunan nəticələrə çatacaq”, - deyə Zelenski qeyd edib.
O, Ukraynanın müdafiə sənayesinin inkişaf etdirilməsi və yerli silah istehsalının artırılması istiqamətində işlərin davam etdiyini vurğulayıb.
18:55 06.08.2026
Oxunuş sayı: 49