Almaniyada qorxulu iddia: Leypsiqdə aşkarlanan dron “görünməz” imiş
Almaniyanın Leypsiq hava limanında aşkarlanan pilotsuz uçuş aparatının terror aktı törətmək məqsədilə xüsusi sifariş əsasında hazırlandığı iddia edilir.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝BILD˝ qəzeti məlumat yayıb.
Məlumata görə, pilotsuz uçuş aparatı peşəkarlar tərəfindən xüsusi sifarişlə hazırlanıb və mövcud müdafiə sistemləri tərəfindən aşkarlanmadan fəaliyyət göstərə bilirdi.
Nəşrin yazdığına əsasən, təhlükəsizlik orqanları dronun məhz terror aktının həyata keçirilməsi üçün hazırlandığını ehtimal edir.
18:31 06.08.2026
Oxunuş sayı: 53