Rusiya–Ermənistan ticarətində kəskin geriləmə
Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 2026-cı ildə kəskin azalıb və bu tendensiyanın davam edəcəyi gözlənilir.
Crossmedia.az xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bu barədə açıqlama verib.
Overçuk bildirib ki, Rusiya Ermənistanı ticarət dövriyyəsinin azalması riski barədə əvvəlcədən xəbərdar edib.
Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi 2024-cü ildə təxminən 12 milyard dollar olmaqla rekord həddə çatıb. Bu göstərici 2025-ci ildə 8 milyard dollara enib.
Baş nazirin müavini qeyd edib ki, 2026-cı ildə ticarət dövriyyəsində dramatik azalma müşahidə olunur və bu geriləmənin gələcəkdə də davam edəcəyi gözlənilir.
17:39 06.08.2026
Oxunuş sayı: 53