Fidan İsrailə qarşı sərt addımlar atmağa çağırdı
Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin Suriyanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş hərəkətlərinin ölkədə sabitlik üçün ən ciddi təhdidlərdən biri olduğunu bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.
Nazir bildirib ki, beynəlxalq ictimaiyyət İsrailin Suriyadakı işğal siyasətinə daha qətiyyətli reaksiya göstərməlidir.
Onun sözlərinə görə, İsrailin Suriyanın suverenliyi və ərazi bütövlüyünə qarşı atdığı addımlar regionda sabitliyin qorunmasına ciddi təhlükə yaradır.
17:10 06.08.2026
Oxunuş sayı: 48