Rusiyada universitetlərə qəbul qaydaları dəyişə bilər
Rusiyada ali məktəblərə qəbul zamanı üstünlük verən olimpiadaların siyahısının optimallaşdırılması təklif edilir. Məqsəd yüksək bal toplayan abituriyentlərin də universitetlərə qəbul şansını artırmaqdır.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə Rusiya Prezidentinin müşaviri Yelena Yampolskayanın açıqlamasına istinadən məlumat yayıb.
Yelena Yampolskaya bildirib ki, hazırkı sistemdə ümumrusiya olimpiadalarının qalibləri üçün nəzərdə tutulan güzəştlər səbəbindən vahid dövlət imtahanından (VDİ) yüksək bal toplayan bəzi abituriyentlər aparıcı ali məktəblərə qəbul ola bilmirlər.
Onun sözlərinə görə, istedadlı və yüksək nəticə göstərən məzunların da olimpiada qalibləri ilə bərabər qəbul imkanı əldə etməsi üçün qəbul qaydalarına yenidən baxılmalıdır.
Prezidentin müşaviri vurğulayıb ki, olimpiada qalibləri üçün mövcud üstünlüklər qorunmalı, eyni zamanda yüksək imtahan nəticələri göstərən abituriyentlərin hüquqları da nəzərə alınmalıdır.
16:47 06.08.2026
Oxunuş sayı: 37