Almaniyada Ukrayna təyyarəsinin yanında partlayıcı yüklü dron tapıldı
Almaniya hava limanlarından birində Ukraynaya məxsus sursat daşıyan yük təyyarəsinin yaxınlığında partlayıcı qurğu ilə təchiz edilmiş pilotsuz uçuş aparatı aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə NDR, WDR telekanallarına və “Süddeutsche Zeitung” qəzetinə istinadən məlumat yayıb.
Məlumata görə, söhbət Fransadan Almaniyaya gətirilən sursatdan gedir. Yük daha sonra hava limanında dayanan Ukraynaya məxsus dörd “An” tipli təyyarədən birinə daşınmaq üçün yüklənib.
Nəşrlərin məlumatına əsasən, partlayıcı qurğu ilə təchiz edilmiş pilotsuz uçuş aparatı məhz həmin Ukrayna yük təyyarəsinin yaxınlığında aşkar edilib.
Hadisə ilə bağlı Almaniya hüquq-mühafizə orqanları araşdırma aparır. İnsidentin arxasında kimin dayandığı və mümkün məqsədlə bağlı hələlik rəsmi açıqlama verilməyib.
16:38 06.08.2026
Oxunuş sayı: 46