Günəş tutulması Aİ-nin enerji sistemini sınağa çəkəcək
Avropa Komissiyası 12 avqustda baş verəcək Günəş tutulmasının Avropa İttifaqında günəş enerjisi istehsalına ciddi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib və bununla bağlı hazırlıq işlərini gücləndirib.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə Avropa Komissiyasının nümayəndəsi Anna-Kaysa İtkonenə istinadən məlumat yayıb.
Anna-Kaysa İtkonen bildirib ki, Günəş tutulması zamanı günəş elektrik stansiyalarının istehsal gücündə kəskin azalma gözlənilir. Bu səbəbdən enerji sistemində sabitliyi qorumaq üçün alternativ enerji istehsal gücləri qısa müddətdə işə salınmalıdır.
Onun sözlərinə görə, Avropa Komissiyası mümkün təsirləri minimuma endirmək məqsədilə üzv dövlətlərlə birlikdə zəruri hazırlıq tədbirləri həyata keçirir.
15:25 06.08.2026
Oxunuş sayı: 55