KİV: Tramp Vensi varisi kimi görmək istəyir
ABŞ Prezidenti Donald Trampın Respublikaçılar Partiyasının sponsorları ilə qapalı görüşlərdə vitse-prezident Cey Di Vensi öz varisi kimi görmək istədiyini bildirdiyi iddia olunur.
Crossmedia.az xəbər verir ki, “The Washington Post” bu barədə mənbələrinə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, ABŞ prezidentinin müşavirlərindən biri Cey Di Vensin Trampda böyük təəssürat yaratdığını bildirib. Buna səbəb kimi onun İranla anlaşma memorandumu əldə edilməsində rol oynadığı qeyd olunub.
Bununla belə, nəşrin digər mənbələri Trampın 2028-ci il prezident seçkiləri üçün Vensi, yoxsa ABŞ dövlət katibi Marko Rubionu dəstəkləyəcəyinin hələ də bəlli olmadığını vurğulayıb.
Mənbələrin sözlərinə görə, Tramp müxtəlif həmsöhbətləri ilə danışarkən fərqli fikirlər səsləndirir və gələcəkdə mövqeyini dəyişə bilər.
15:19 06.08.2026
Oxunuş sayı: 63