Rusiyada internetdə genişmiqyaslı nasazlıq baş verib
Rusiyanın bir sıra bölgələrində internet xidmətlərində genişmiqyaslı problem yaranıb, istifadəçilər çoxsaylı sayt və tətbiqlərə girişin mümkün olmadığını bildirirlər.
Crossmedia.az xəbər verir ki, “Baza” Telegram kanalı bu barədə istifadəçilərin şikayətlərinə istinadən məlumat yayıb.
Məlumata görə, internet problemi ən azı altı regionda müşahidə olunur. Nasazlıq Sankt-Peterburq, Rostov, Nijni Novqorod, Tümen və Tambov vilayətləri, eləcə də Başqırdıstan Respublikasında qeydə alınıb.
“Baza”nın məlumatına əsasən, “Runet” istifadəçiləri bir çox Rusiya saytlarının, xidmətlərinin və tətbiqlərinin açılmadığından şikayət edirlər.
Hazırda nasazlığın səbəbi və problemin nə qədər davam edəcəyi ilə bağlı rəsmi açıqlama verilməyib.
14:54 06.08.2026
Oxunuş sayı: 64