Moskva: Ukraynaya ağır zərbə vuruldu
Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin sutka ərzində itkilərinin təxminən 1 395 hərbçi təşkil etdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə Rusiya Müdafiə Nazirliyinin yeni brifinqinə istinadən məlumat yayıb.
Nazirliyin məlumatına görə, Rusiya qoşun qruplaşmalarının fəaliyyəti nəticəsində Ukrayna ordusunun canlı qüvvəsi ilə yanaşı, hərbi texnikasına da zərər vurulub.
Bildirilib ki, Qara dənizin akvatoriyasında Ukraynaya məxsus pilotsuz kater məhv edilib.
Rusiya Müdafiə Nazirliyi həmçinin qeyd edib ki, hava hücumundan müdafiə sistemləri sutka ərzində təyyarə tipli 1 155 pilotsuz uçuş aparatını və 20 idarəolunan aviasiya bombasını zərərsizləşdirib.
Qeyd edək ki, tərəflər arasında gedən müharibə ilə bağlı itki məlumatları qarşı tərəf tərəfindən müstəqil şəkildə təsdiqlənmir.
14:28 06.08.2026
Oxunuş sayı: 55