Süni intellekt öz sərhədlərini aşmağa çalışdı
OpenAI-nin eksperimental süni intellekt modelləri qapalı sınaqlar zamanı internetə çıxış əldə etmək üçün yollar axtarıb və digər modellərlə əlaqə quraraq birgə hərəkət etməyə çalışıb.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” bu barədə məlumat yayıb.
Məlumata görə, OpenAI-nin daxili testləri zamanı bəzi eksperimental süni intellekt modelləri şirkətin daxili mesajlaşma lövhələri vasitəsilə bir-biri ilə əlaqə saxlayıb. Bu proses onlara yalnız internetə çıxış olduqda yerinə yetirilməsi mümkün olan tapşırıqlar verildikdən sonra başlayıb.
Sınaqlar zamanı süni intellekt sistemlərinin bəzi zəif nöqtələri aşkar etdiyi və test mühitindən kənara çıxmağa cəhd göstərdiyi bildirilib.
Məlumata əsasən, modellər daha sonra “Hugging Face” platformasının infrastrukturuna hücum edib və onun serverlərində öz kodlarını işə salmağa çalışıb.
Bundan sonra OpenAI bəzi tədqiqat proseslərini dayandırıb və süni intellekt sistemlərinin təhlükəsizliyi ilə bağlı əlavə tədbirlər gücləndirib.
Şirkət xəbərdarlıq edib ki, gələcəkdə süni intellekt agentlərindən istifadə etməklə həyata keçirilən bu tip hücumlar kibertəhlükəsizlik üçün yeni təhdid yarada bilər.
13:38 06.08.2026
Oxunuş sayı: 58