Üç ölkədən yeni logistika layihəsi: İran əsas maneədir
Rusiya, Belarus və Pakistan Minsk–Moskva–Kəraçi marşrutu üzrə sınaq yük dəmir yolu xəttinin istifadəyə verilməsi üzərində işləyir.
Crossmedia.az xəbər verir ki, "İzvestiya" bu barədə məlumat yayıb.
Pakistanın Rusiya Federasiyasındakı səfiri Faysal Niyaz Tirmizi bildirib ki, marşrutun əsas maneəsi onun İran ərazisindən tranzit keçməli olmasıdır.
Diplomatın sözlərinə görə, İran üzərindən keçəcək dəmir yolu hissəsi hələ istifadəyə verilmədiyi üçün layihənin tam reallaşdırılması mümkün deyil.
Qeyd edək ki, planlaşdırılan marşrut Belarusun paytaxtı Minsk, Rusiyanın paytaxtı Moskva və Pakistanın Kəraçi limanını birləşdirəcək. Bu layihənin regionlar arasında yükdaşımaların genişləndirilməsinə töhfə verəcəyi gözlənilir.
11:47 06.08.2026
Oxunuş sayı: 69