Wildberries-in daha bir anbarı PUA hücumuna məruz qaldı
Rusiyanın Tver vilayətində yerləşən Wildberries şirkətinin anbarı gecə saatlarında pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində zədələnib.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə Tver vilayətinin rəhbəri Vitali Korolyovun açıqlamasına istinadən məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində Wildberries-in anbarına ziyan dəyib. Hadisənin təfərrüatları, eləcə də mümkün xəsarət alanlar barədə hələlik əlavə məlumat açıqlanmayıb.
Rusiya rəsmiləri insidentlə bağlı araşdırmaların davam etdiyini bildiriblər.
11:09 06.08.2026
Oxunuş sayı: 57