Paşinyan Ermənistanın müdafiə nazirini sərt tənqid edib
Baş nazir Nikol Paşinyan müdafiə naziri Suren Papikyanın fəaliyyətindən narazıdır.
Crossmedia.az bu barədə Ermənistanın “Hraparak” qəzetinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, Papikyan yenidən müdafiə naziri təyin edilsə də, Paşinyan orduda nəzarətsiz vəziyyətin yaranmasından narazıdır və müdafiə naziri ilə sərt söhbət edib.
Qəzet iddia edir ki, Paşinyanın Papikyanı vəzifədən uzaqlaşdırmaq niyyəti də olub. Lakin uyğun namizəd tapılmadığı üçün bu addım atılmayıb.
Nəşrin yazdığına görə, baş nazirin narazılığının əsas səbəblərindən biri Ermənistan ordusunda sülh dövründə ölüm hallarının artmasıdır. Paşinyanın Papikyana müharibə olmadığı halda orduda mənəvi-psixoloji vəziyyətə və daxili nizam-intizam məsələlərinə diqqət yetirməli olduğunu bildirdiyi iddia olunur.
“Hraparak” həmçinin Müdafiə Nazirliyinin hərbçilərin ölümü ilə bağlı real statistik məlumatları təqdim etmədiyini və bəzi insidentləri gizlətdiyini iddia edib.
Qəzetin məlumatları rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.
22:47 05.08.2026
Oxunuş sayı: 58