İsrail və Livan görüş vaxtından əvvəl dayandırılıb
ABŞ və Roma vasitəçiliyi ilə İsrail - Livan arasında keçirilən danışıqlar planlaşdırılan vaxtdan bir neçə saat əvvəl başa çatıb.
Crossmedia.az bu barədə “Times of Israel”ə istinadən xəbər verir.
İsrailin ABŞ-dəki səfiri Yexiel Leyter Livan nümayəndə heyətini danışıqların gedişi barədə mediaya dəfələrlə yanlış məlumat ötürməkdə ittiham edib.
Bildirilib ki, məlumat sızmalarına görə Leyter ABŞ-nin vasitəçilərindən görüşü planlaşdırılan vaxtdan əvvəl dayandırmağı xahiş edib.
Bununla belə, danışıqların cümə axşamı davam etdirilməsi planlaşdırılır.
22:20 05.08.2026
Oxunuş sayı: 50