Ermənistan parlamentinə vitse-spiker seçilib
Ermənistan parlamentində hakim ˝Mülki müqavilə˝ fraksiyasının nümayəndəsi Vaaqn Aleksanyan Milli Məclisin vitse-spikeri seçilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun namizədliyini 62 deputat dəstəkləyib, 27 deputat isə əleyhinə səs verib. “Ermənistan” fraksiyasının deputatları səsvermədə iştirak etməyib.
Qeyd edək ki, bundan əvvəl hakim “Mülki müqavilə” fraksiyasından Ruben Rubinyan parlamentin spikeri, Hayq Koncoryan isə vitse-spiker seçilib.
Müxalifətdəki iki fraksiyanın ən böyüyü olan “Güclü Ermənistan” isə digər vitse-spiker vəzifəsinə Aram Vardevanyanın namizədliyini irəli sürüb.
21:24 05.08.2026
Oxunuş sayı: 55