Rusiya MSK sədri: Kiyev bandasından hər şey gözləmək olar
Rusiyanın Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova Dövlət Dumasına seçkilərdə partiyaların seçki bülletenində yerləşdirilməsi üzrə püşkatmanın şəffaf keçirildiyini bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Pamfilova bu barədə Rusiya Prezidenti Vladimir Putinlə görüşündə danışıb.
Onun sözlərinə görə, seçki sistemi qarşıdakı seçkilərin keçirilməsinə hazırdır. Pamfilova səsvermənin təşkili zamanı Mərkəzi Seçki Komissiyasının görünməmiş təhlükəsizlik tədbirləri gördüyünü qeyd edib.
O, bu addımların səbəbi kimi Ukrayna hakimiyyətini nəzərdə tutaraq sərt ifadə işlədib və Kiyev uşaq qatilləri bandasından hər şey gözləməyin mümkün olduğunu bildirib.
19:56 05.08.2026
Oxunuş sayı: 52