İran HƏMAS-ın Qəzza qərarını dəstəkləyəcək
İran Qəzza zolağındakı vəziyyətin nizamlanması ilə bağlı İsrail ilə danışıqlarda HƏMAS-ın qəbul edəcəyi istənilən qərarı dəstəkləməyə hazır olduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, "IRNA" bu barədə məlumat yayıb.
İran Prezidenti Məsud Pezeşkian HƏMAS Siyasi Bürosunun rəhbəri Xəlil əl-Həyyə ilə telefon danışığı zamanı Tehranın Fələstin hərəkatının danışıqlar prosesində verəcəyi qərarlara münasibətini açıqlayıb.
"İran Fələstin liderlərinin danışıqlar zamanı qəbul edəcəyi istənilən təşəbbüs və qərarı dəstəkləyəcək", - deyə Pezeşkian bildirib.
İran Prezidenti qeyd edib ki, Fələstin məsələsinin həlli ölkəsinin xarici siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır.
17:26 05.08.2026
Oxunuş sayı: 51