İsrail qırıcıları Suriyanın cənubunda fəallaşıb
İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcıların Suriyanın cənubundakı Dəraa əyaləti üzərində intensiv uçuşlar həyata keçirdiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Suriyanın yerli mənbələri məlumat yayıb.
Məlumata görə, qırıcılar əyalətin hava məkanında kütləvi və təkrar uçuşlar həyata keçiriblər. Hadisənin səbəbi və mümkün hədəflər barədə hələlik rəsmi açıqlama verilməyib.
16:51 05.08.2026
Oxunuş sayı: 51