İran XİN rəhbəri Pakistana səfər edəcək
İranın xarici işlər naziri Abbas Əraqçinin avqustun 7-də Pakistana səfər edəcəyi gözlənilir.
Crossmedia.az xəbər verir ki, "RIA Novosti" bu barədə yüksək vəzifəli Pakistan rəsmisinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, səfər çərçivəsində Abbas Əraqçi Pakistan Ordusunun komandanı Asim Munir, Baş nazir Şahbaz Şərif və xarici işlər naziri İshaq Dar ilə görüşlər keçirəcək.
16:48 05.08.2026
Oxunuş sayı: 47