Hindistan "Meta"ya ultimatum verib
Hindistan parlamentinin rabitə komitəsi "Meta" şirkətinin rəhbəri Mark Zukerberqdən Baş nazir Narendra Modinin paylaşımının silinməsinə görə rəsmi üzr istəməyi tələb edib.
Crossmedia.az xəbər verir ki, "News18" bu barədə mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, söhbət Rusiyada fəaliyyəti qadağan edilmiş "Facebook" və "Instagram" platformalarında yerləşdirilən Narendra Modinin videomüraciətinin silinməsindən gedir. Videoda baş nazir tələbə etirazları fonunda sənədlərin sızdırılması ilə bağlı sərt tədbirlər görüləcəyini bəyan etmişdi.
Parlament komitəsi paylaşımın silinməsini "demokratiyaya qəsd" kimi qiymətləndirib. Bildirilir ki, Zukerberq üzr istəməyəcəyi təqdirdə, "Meta" hüquqi müdafiə təmin edən xüsusi statusunu itirmək riski ilə üzləşə bilər.
16:17 05.08.2026
Oxunuş sayı: 50