Dunay çayında nasist dövrünə aid hərbi gəmilər üzə çıxıb
Serbiyada quraqlıq səbəbindən Dunay çayında suyun səviyyəsi kəskin azalıb və İkinci Dünya müharibəsi dövrünə aid batmış Almaniya hərbi gəmiləri görünməyə başlayıb. Gəmilərin bəzilərində hələ də silah-sursatın olduğu bildirilir.
Crossmedia.az Sky News-a istinadən xəbər verir ki, söhbət nasist Almaniyasının Qara dəniz donanmasına məxsus gəmilərdən gedir. Məlumata görə, onlar 1944-cü ildə sovet qoşunlarının irəliləyişi zamanı almanlar tərəfindən qəsdən batırılıb.
Tarixçilərin sözlərinə görə, 1944-cü ilin sentyabrında Serbiyanın Prahovo limanı yaxınlığında, Dunay dərəsində sovet qoşunlarının atəşi altında qalan 200-ə yaxın Almaniya hərbi gəmisi batırılıb. Hazırda suyun çəkilməsi nəticəsində bu gəmilərin bir hissəsi yenidən görünməyə başlayıb.
04:50 06.08.2026
Oxunuş sayı: 49