Ukrayna PUA-ları Rusiyanın bir neçə bölgəsinə hücum edib
Rusiyanın bir sıra bölgələri növbəti dəfə Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Crossmedia.az xəbər verir ki, "Sputnik Ermənistan" bu barədə məlumat yayıb.
Məlumata görə, Tula vilayətində yerləşən "Wildberries" çeşidləmə mərkəzinin ərazisinə pilotsuz uçuş aparatı düşüb. Vilayətin qubernatoru Dmitri Milyayevin sözlərinə görə, hadisə nəticəsində bir nəfər xəsarət alıb.
Bundan başqa, Tula vilayətində PUA hücumları nəticəsində iki çoxmənzilli yaşayış binası və iki istehsalat obyektinə ziyan dəyib.
Samara vilayətində təhlükəsizlik məqsədilə "Kover" planı tətbiq olunub və hava məkanı bütün hündürlüklərdə uçuşlar üçün bağlanıb.
Eyni zamanda, Rusiya hava hücumundan müdafiə qüvvələrinin Moskva istiqamətində uçan səkkiz pilotsuz uçuş aparatını vurduğu bildirilib.
10:34 05.08.2026
Oxunuş sayı: 47