Latviyada təntənəli dəfn Moskvanı qəzəbləndirib - Zaxarova açıqladı
Latviyada nasist əlaltısı Laymonis Ezerqaylisin təntənəli şəkildə dəfn edilməsi Avropa İttifaqında neonasizm ideologiyasının dirçəlişindən xəbər verir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Zaxarovanın sözlərinə görə, Ezerqaylis 1943-cü ilin payızında Latviya polis batalyonunda xidmətə başlayıb.
O iddia edib ki, həmin bölmə 1943-cü ilin noyabrından 1944-cü ilin martınadək nasistlər tərəfindən Pskov vilayətinin Sebej rayonunda əhaliyə qarşı kütləvi qırğınlarda, həmçinin qadın və uşaqların Latviyaya aparılmasında istifadə olunub.
22:44 04.08.2026
Oxunuş sayı: 55