Arktikada iqlim dəyişiklikləri alimlərin tədqiqatlarını çətinləşdirir
Norveçin Ny-Alesund şəhərindəki tədqiqat stansiyasında Arktikanı araşdıran alimlər bölgədə baş verən sürətli dəyişikliklər səbəbindən məlumatların toplanması və əldə edilməsində çətinliklərlə üzləşirlər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Arktikada temperatur dünyanın qalan hissəsi ilə müqayisədə təxminən 4 dəfə daha sürətlə artır. Svalbard arxipelaqında isə temperatur artımının qlobal orta göstəricidən 7 dəfəyə qədər yüksək olduğu bildirilir.
İstiləşmə və dəniz buzlarının azalması Arktikadakı heyvanların davranışlarına da təsir göstərir. Məsələn, buzlaqların əriməsi qütb ayılarının ov ərazilərinin azalmasına səbəb olub.
Buzlaqların və daimi donuşluğun əriməsi bölgədəki binalara da zərər vurur. Ny-Alesundda yerləşən mağazanın bu il təmir edildiyi bildirilir. Tədqiqat məntəqələrinə çatmaq da əvvəlkindən daha çətinləşib.
Bütün çətinliklərə baxmayaraq, alimlər Arktikada baş verən dəyişikliklərin planetin gələcəyinə təsirlərini daha yaxşı anlamaq üçün araşdırmaları sürətləndirməyə çalışırlar.
00:37 05.08.2026
Oxunuş sayı: 42