Rusiya Ermənistandan gətirilən 70 mindən çox içki məhsulunu bloklayıb
Rusiya "Çestnıy znak" sistemi vasitəsilə Ermənistandan idxal olunan 70 mindən çox içki məhsulunun dövriyyəsini dayandırıb.
Crossmedia.az xəbər verir ki, Rusiya Perspektiv Texnologiyaların İnkişafı Mərkəzi bu barədə məlumat yayıb.
Bildirilib ki, məhdudiyyətlər Rospotrebnadzorun tapşırığı əsasında tətbiq olunub.
Qərarın səbəbi məhsulların normativ tələblərə cavab verməməsidir.
Məhdudiyyətlər, o cümlədən "BJNI" markalı mineral müalicəvi-süfrə suyunun bəzi partiyalarına da şamil olunub.
17:49 04.08.2026
Oxunuş sayı: 52