"Alrosa"nın almaz ehtiyatı 1 milyard karata çatır
Rusiyanın almaz hasilatı şirkəti "Alrosa"nın ehtiyatları təxminən 1 milyard karat təşkil edir.
Crossmedia.az xəbər verir ki, "TASS" bu barədə məlumat yayıb.
Şirkətin rəhbəri Pavel Marinıçev bu barədə Rusiya Prezidenti Vladimir Putinlə görüşdə məlumat verib. Onun sözlərinə görə, bu həcm dünya üzrə kəşf edilmiş almaz ehtiyatlarının təxminən yarısına bərabərdir.
Marinıçev bildirib ki, dünya almaz sənayesi hazırda böhran dövrünü yaşasa da, "Alrosa" bazarda lider mövqeyini qoruyub saxlayır.
17:18 04.08.2026
Oxunuş sayı: 46