Pezeşkyan: Müharibəni genişləndirmək fikrimiz yoxdur
İran Prezidenti Məsud Pezeşkyan ölkəsinin ABŞ-la gərginliyin daha da artmasında maraqlı olmadığını, lakin İranın ərazi bütövlüyünü və milli maraqlarını qətiyyətlə müdafiə edəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, “İRNA” bu barədə məlumat yayıb.
Pezeşkyan bu fikirləri Tehranda keçirilən Milli Ailə Təbabəti Proqramına həsr olunmuş tədbirdə çıxışı zamanı səsləndirib.
ABŞ-ın İrana qarşı həyata keçirdiyi hücumlara münasibət bildirən dövlət başçısı deyib:
“Ərazi bütövlüyümüzü bütün gücümüzlə qoruyacağıq, lakin müharibəni genişləndirmək və ya uzatmaq istəmirik".
Prezident çıxışında səhiyyə sisteminin gücləndirilməsinin vacibliyini də vurğulayıb.
Onun sözlərinə görə, hərtərəfli səhiyyə sisteminə malik cəmiyyət təhlükə və böhranlara qarşı daha dayanıqlı olur. Pezeşkyan qeyd edib ki, səhiyyədə bərabərliyin təmin edilməsi ölkənin səmərəli idarə olunması və davamlı inkişafı üçün əsas şərtlərdən biridir.
14:54 04.08.2026
Oxunuş sayı: 45