Gəlincikdə dron hücumu: Yaralıların sayı 58-ə çatdı
Rusiyanın Krasnodar vilayətinin Gelendjik şəhəri yaxınlığındakı Arkhipo-Osipovka qəsəbəsində dron hücumu nəticəsində xəsarət alanların sayı 58 nəfərə yüksəlib.
Crossmedia.az xəbər verir ki, Regional təcili yardım qərargahının Telegram kanalı bu barədə məlumat yayıb.
Məlumata görə, yaralananlar arasında 12 uşaq da var. Onlardan 9-u ambulator müalicəyə cəlb olunub.
Bildirilib ki, 21 nəfər xəstəxanaya yerləşdirilib. Krasnodar vilayət qubernatorunun göstərişi ilə üçü uşaq olmaqla 19 zərərçəkən Krasnodardakı regional xəstəxanalara aparılıb. Daha iki yaralı isə Novorossiyskdəki xəstəxanada müalicə alır.
Qeyd olunub ki, həkimlər zərərçəkənlərə bütün zəruri tibbi yardımı göstərir. Daha 37 nəfər, o cümlədən 9 uşaq ambulator nəzarətdədir.
13:39 04.08.2026
Oxunuş sayı: 50