Ukraynada yeni avtomobillərə tələbat azalıb
Ukraynada iyul ayında yeni minik avtomobillərinin satışı ötən ilin eyni dövrü ilə müqayisədə azalıb. Buna baxmayaraq, bəzi markalar satışlarını artırmağa nail olub.
Crossmedia.az xəbər verir ki, UkrAvtoprom portalının məlumatına görə, ötən ay Ukraynada avtomobil parkı 5 754 yeni minik avtomobili ilə zənginləşib. Bu göstərici 2025-ci ilin iyul ayı ilə müqayisədə 10,5 faiz azdır.
Məlumata əsasən, iyul ayında Ukrayna bazarının lideri Yaponiyanın Toyota markası olub. Şirkətin satışları ötən ilin eyni ayı ilə müqayisədə 20 faiz artıb.
Reytinqin ilk üçlüyündə əsasən münasib qiymətə və istismar xərclərinin aşağı olması ilə seçilən, geniş kütlə üçün nəzərdə tutulan avtomobil istehsalçıları yer alıb.
06:10 05.08.2026
Oxunuş sayı: 69