Moskva vilayətinə gecə hücumu: Beş nəfər öldü
Moskva vilayətinə gecə saatlarında pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən hücum nəticəsində beş nəfər ölüb, altı nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, TASS bu barədə məlumat yayıb. Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, hava hücumundan müdafiə qüvvələri bölgəyə yönəlmiş PUA hücumunu dəf edib.
Onun sözlərinə görə, ilkin məlumata əsasən, hücum nəticəsində beş nəfər həyatını itirib, daha altı nəfər xəsarət alıb. Yaralananların hamısına tibbi yardım göstərilir.
Qubernator həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib. Hücumun miqyası və digər təfərrüatlar barədə əlavə məlumat açıqlanmayıb.
12:09 04.08.2026
Oxunuş sayı: 39