Rusiyada avtobusla yük maşını toqquşdu: 11 nəfər yaralandı
Rusiyanın İrkutsk vilayətinin Bratsk şəhərində sərnişin avtobusu ilə yük maşınının toqquşması nəticəsində 11 nəfər, o cümlədən 11 yaşlı uşaq xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsi bu barədə məlumat yayıb.
Məlumata görə, qəza Bratsk şəhərinin Mərkəzi rayonunda yerləşən işıqforla tənzimlənən yolayrıcında "PAZ" markalı sərnişin avtobusu ilə Shacman markalı özüboşaldan yük avtomobilinin toqquşması nəticəsində baş verib.
Hadisə zamanı Bratsk–Vodozabornıye Daçi marşrutu üzrə hərəkət edən avtobusda 25 sərnişin olub. Qəza nəticəsində 11 sərnişinə, o cümlədən 11 yaşlı bir uşağa tibbi yardım göstərilib.
Hüquq-mühafizə orqanları qəzanın başvermə səbəblərini araşdırır. Faktla bağlı yoxlama təyin edilib və araşdırmanın nəticəsinə uyğun hüquqi qərar veriləcək.
11:34 04.08.2026
Oxunuş sayı: 46