"Wildberries"in təsisçisi Ukraynanın "Mirotvorets" bazasına daxil edilib
Rusiyanın ən böyük onlayn ticarət platformalarından biri olan "Wildberries"in təsisçisi Tatyana Kim Ukraynanın "Mirotvorets" ("Sülhməramlı") bazasına əlavə olunub.
Crossmedia.az xəbər verir ki, TASS-a istinadən xəbər verir ki, "Mirotvorets" saytının yaradıcıları Tatyana Kimi Rusiyaya açıq dəstək verməkdə ittiham edərək onun adını bazaya daxil ediblər.
Məlumata əsasən, "Mirotvorets" saytı 2014-cü ildə yaradılıb və Ukraynanın milli təhlükəsizliyinə təhdid hesab etdiyi şəxslərin şəxsi məlumatlarını dərc edir. İllər ərzində jurnalistlər, siyasətçilər, incəsənət xadimləri və digər tanınmış şəxslər də bu siyahıya salınıblar.
Qeyd olunub ki, Rusiya Baş Prokurorluğu daha əvvəl bu resursun fəaliyyətini tənqid edərək saytın insan hüquqlarını pozduğunu və müxalif siyasətçilər, jurnalistlər və digər şəxslərə qarşı istifadə olunduğunu bildirmişdi.
01:30 05.08.2026
Oxunuş sayı: 45